Logo

Səhiyyədə Birlik, Sağlamlıqda Güvən!


Icon

Əlaqə nömrəsi

070 316 94 10

Icon

Elektron ünvan

info@otma.az



Aprelin 10-da Özəl Tibb Müəssisələri Assosiasiyası (ÖTMA) ilə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Apr 13, 2026 | Super Admin
Blog Details

Tədbirdə Milli Məclisin deputatları, özəl tibb müəssisələrinin nümayəndələri,  dövlət qurumlarının təmsilçiləri, qeyri-hökumət təşkilatları, turizm sektoru iştirakçıları və media nümayəndələri iştirak ediblər. Görüş çərçivəsində çıxış edən tərəflər imzalanan sənədin ölkədə sağlamlıq turizmi sahəsində institusional əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Memorandumun əsas məqsədi Azərbaycanda sağlamlıq turizminin inkişafına töhfə vermək, bu sahədə dövlət və özəl sektor arasında koordinasiyanı gücləndirmək, özəl tibb müəssisələrinin beynəlxalq platformalarda təmsilçiliyini artırmaq və ölkənin tibbi xidmət potensialını qlobal miqyasda təşviq etməkdir.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan həm tibbi xidmətlərin keyfiyyəti, həm də rəqabətqabiliyyətli qiymət siyasəti ilə xarici pasiyentlər üçün cəlbedici istiqamətlərdən biri olmaq potensialına malikdir. Bu baxımdan, vahid yanaşmanın formalaşdırılması, beynəlxalq tanıtım fəaliyyətlərinin genişləndirilməsi və sektorlararası əməkdaşlığın dərinləşdirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, gələcək dövrdə sağlamlıq turizmi üzrə birgə layihələrin həyata keçirilməsi, beynəlxalq tədbir və təşviqat kampaniyalarının təşkili, tibb müəssisələri ilə tərəfdaş qurumlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu sahədə davamlı inkişaf modelinin formalaşdırılması nəzərdə tutulur.

Memorandum Özəl Tibb Müəssisələri Assosiasiyasının İdarə heyətinin sədri Günel Əliyeva və Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev tərəfindən imzalanıb.

Tədbir çərçivəsində eyni zamanda “AzHealth Tourism” rəqəmsal platformasının təqdimatı keçirilib. Bildirilib ki, Healthtourism.az portalı etibarlı tibbi xidmətlərə çıxış, şəffaf məlumatlandırma, beynəlxalq pasiyentlərin yönləndirilməsi və səyahət dəstəyi kimi funksiyaları vahid sistemdə birləşdirərək Azərbaycanın sağlamlıq turizmi imkanlarının beynəlxalq səviyyədə təqdimatında mühüm rol oynayacaq.


Qeyd edək ki, imzalanmış memorandum ölkədə sağlamlıq turizmi ekosisteminin gücləndirilməsi, özəl tibb sektorunun inkişafının dəstəklənməsi və Azərbaycanın bu sahədə regional və qlobal mövqeyinin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir.

Son xəbərlər